Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov oktyabrın 6-da, saat 10.00-da Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-353-48-66) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şabranda vətəndaşları qəbul edəcək
28 Noyabr 2023
Bölgələrdə çəyirtkəkimilərin küpələrinin payız müşahidələri davam etdirilir
28 Noyabr 2023
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli İmişlidə vətəndaşları qəbul edib
28 Noyabr 2023
Qusarda aqrar sığorta ilə bağlı regional tədbir keçirilib
28 Noyabr 2023
Nazir Məcnun Məmmədov Ağsuda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
24 Noyabr 2023