Tacikistanın paytaxtı Düşənbədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Konfransının 35-ci sessiyası keçirilir. Konfransın məqsədi ərzaq təhlükəsizliyi, dayanıqlı kənd təsərrüfatı, təbii resurslardan səmərəli istifadə və kənd ərazilərinin inkişafı sahəsində mövcud çağırışları müzakirə etməkdir.
Tədbirdə FAO-nun baş direktoru Qu Donqyu, müxtəlif ölkələrin nazirləri, nazir müavinləri, səfirlər, eləcə də beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak edir. Beynəlxalq tədbirdə Azərbaycanı kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov təmsil edir.
Nazir müavini Elçin Zeynalov aqrar sahədə ölkəmizdə aparılan islahatlardan söz açıb, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib. O, iqlimə uyğun kənd təsərrüfatının tətbiqi, səmərəli təchizat zəncirlərinin qurulması və innovasiyanın təşviqinin davamlı və inklüziv kənd təsərrüfatının inkişafında mühüm rol oynadığını vurğulayıb. Elçin Zeynalov əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının müasir və rəqəmsal kənd təsərrüfatına çevrilməsi, kənd yerlərinin inkişafı məqsədilə ardıcıl və sistemli tədbirlər görülür, aqrar sahədə dövlət dəstəyi tədbirləri genişləndirilir.
Tədbir çərçivəsində gənclərin iştirakı ilə aqro-ərzaq sistemlərinin davamlı inkişafı, investisiya dialoqu, kənd təsərrüfatı sistemlərinin dayanıqlığının gücləndirilməsi, bioiqtisadiyyat və aqrar sahədə tərəfdaşlığın inkişafı, eləcə də kənd təsərrüfatında qadınların rolunun artırılması mövzularında panel müzakirələr keçirilib. Bundan əlavə, tədbir iştirakçıları Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması kontekstində FAO-nun regional prioritetləri, istehsal, qidalanma, ətraf mühitin və həyat keyfiyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan “Dörd daha yaxşı” təşəbbüsünü müzakirə ediblər.
Tədbir iştirakçıları Tacikistanın kənd təsərrüfatı sahəsində əldə etdiyi nailiyyətləri özündə əks etdirən sərgi ilə tanış olublar. Sərgidə bu ölkənin aqrar sektorda tətbiq etdiyi innovativ və rəqəmsal həllər, müxtəlif bitki və bitki növləri, meyvə-tərəvəz, heyvandarlıq və arıçılıq məhsulları nümayiş olunub.
Qeyd edək ki, FAO-nun Regional Konfransının 35-ci sessiyası mayın 15-da başa çatacaq.
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
25 Iyun 2026
Fermerlərin nəzərinə: “Kənddən Şəhərə” Mövsüm yarmarkasında iştirak üçün qeydiyyat başladı
25 Iyun 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Xankəndidə vətəndaşlarla görüşüb
24 Iyun 2026
“Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda tədbir keçirilib
24 Iyun 2026
Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib
24 Iyun 2026