Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) ilə Azərbaycan Toxumçular Assosiasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Memorandum institutun direktoru Faiq Xudayev və Assosiasiyanın sədri Mədinə Əliyeva tərəfindən imzalanıb.
Memorandumun məqsədi əməkdaşlığın genişləndirilməsi, istehsal olunan keyfiyyətli və məhsuldar toxumlarının fermerlərə çatdırılmasına dəstək verilməsi, yeni yüksək məhsuldar toxum sortlarının təşviqi və təbliğatı işlərinin birgə həyata keçirilməsi, toxumçuluq sahəsində yeni texnologiyaların və metodların tətbiqi üzrə mütəxəssislərin hazırlanmasında ixtisaslaşmış peşə sahibləri ilə birgə seminarların təşkil edilməsindən ibarətdir.
Tədbirdə institutun fəaliyyəti, aparılan elmi-tədqiqat işləri, yeni yaradılmış toxum sortları, o cümlədən toxumçuluğun inkişafı, yerli toxumlara olan tələbatın ödənilməsi barədə fikir mübadiləsi aparılıb.
Faiq Xudayev ƏETİ-nin son illərdə ölkə ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrinə daxil edilmiş bitki sortlarının ilkin toxumçuluğunun təşkil edilməsi məqsədilə nümayiş əkinlərinin aparılması, payızlıq taxıl bitkilərinin toxumluq əkinlərində aprobasiyanın həyata keçirilməsi, institutun mandatına daxil olan bitkilər haqqında maarifləndirici nəşrlərin hazırlanması və cari məsələlər barədə ətraflı məlumat verib.
Mədinə Əliyeva Assosiasiyanın fəaliyyəti ilə bağlı geniş təqdimat edib. Bildirib ki, cari ilin iyun ayından başlayaraq bölgələrdə toxumçularla görüşlər keçirilir, onların problemləri dinlənilir. Ölkəmizdə toxumçuluğun elmi əsaslarla inkişafı üçün müvafiq işlər aparılır.
Sonda görüləcək işlər barədə müzakirələr aparılıb.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026