İyulun 19-u və 20-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkası keçiriləcək.
Ənənəvi olaraq təşkil olunan bu yarmarka həm yerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm də şəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasını hədəfləyir.
Tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən 20 rayondan 50-yə yaxın fermer iştirak edəcək. Fermerlər 150-yə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdim edəcəklər.
Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Hər hansı sualı olan alıcılar isə ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları yerindəcə analiz etdirə biləcəklər.
Yarmarka saat 09:00-dan 19:00-dək, iki gün ərzində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Qeyd edək ki, iştirak edən fermerlərə piştaxtalar, tərəzilər və digər vacib avadanlıqlar ödənişsiz şəkildə təqdim olunur.
Laçın rayonunda Aqrar Biznes Festivalı keçirilib
17 Aprel 2026
Azərbaycanda pambıq sahələrinin sığortalanmasına başlanılıb
17 Aprel 2026
İşğaldan azad edilmiş ərazilərdə keçirilən təlimlərin növbəti mərhələsi uğurla başa çatıb
17 Aprel 2026
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Bərdədə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
16 Aprel 2026
Latviya nümayəndə heyəti Şuşa və Xankəndidə aparılan yenidənqurma işləri ilə tanış olublar
16 Aprel 2026