Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lerik, Masallı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən meyvə bağları və təsərrüfatlara – naringi bağı, noxud, arpa, buğda sahələrində baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, əkin sahələrinin sığortalanması, müxtəlif əkinlər üçün aqrar sığorta haqlarının hesablanması, müstəqil aqrar sığorta eksperti təlimində iştirak və digər məsələlərlə bağlı olub.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Fuad Sadıqov fermerlərə aqrar sığorta mexanizmi haqqında ətraflı məlumat verib.
Qəbuldan sonra Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Lerik rayonunun Monidigah kəndində badam və taxıl sahəsinə, eləcə də Masallı rayonunun Tüklə kəndində tingçilik və çiyələk təsərrüfatlarına baş çəkib və fermerlərlə söhbət edib. Fond rəhbərliyi təsərrüfat sahiblərinə və fermerlərə öz əkinlərini sığortalamağı və dövlət dəstəyindən faydalanmağı tövsiyə edib.
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Xankəndidə vətəndaşlarla görüşüb
24 Iyun 2026
“Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda tədbir keçirilib
24 Iyun 2026
Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib
24 Iyun 2026
ADAU-da “Məzun günü” təntənə ilə qeyd olunub
24 Iyun 2026
Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad olunmuş ərazilərdə keçirilən təlimlər davam edir
24 Iyun 2026