Aprelin 27-də Yevlax rayonunda “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda respublika müşavirəsi keçiriləcək. Tədbir Kənd Təsərrüfatı Nazirliyi və “Azərşəkər” MMC-nin birgə təşkilatçılığı, "GİLAN PİVOT" MMC-nin tərəfdaşlığı ilə baş tutacaq.
Müşavirənin keçirilməsində əsas məqsəd son dövrlərdə dünyada baş verən qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirlərinin azaldılması baxımından iqlim dəyişikliyinə adaptasiya edən nəmlik qoruyucu texnologiyaların və innovativ yeniliklərin ölkə ərazisində geniş tətbiq edilməsi, ətraf mühitin qorunması, quraqlıqdan əziyyət çəkən bölgələrdə fəaliyyət göstərən fermerlərin bilik və bacarıqlarının artırılması, həmçinin iri fermer təsərrüfatıları və aqroparklar tərəfindən bu sahədə əldə edilmiş təcrübələrin bölüşdürülməsidir.
Müşavirədə kənd təsərrüfatında tətbiq olunan innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri, orqanik gübrələr və biopreparatlar nümayiş etdiriləcək, müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılacaq.
Respublika müşavirəsində Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinin və müvafiq dövlət qurumlarının, iri fermer təsərrüfatlarının və aqroparkların, təchizatçı şirkətlərin nümayəndələrinin və fermerlərin iştirakı nəzərdə tutulur.
Müşavirədə iştirak etmək istəyən fermer və sahibkarlar aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
tel: 050 597 92 94 (Mətin Babayev)
tel: 051 232 47 73 (Vüqar Sadaylı)
Ünvan: Yevlax rayonu, “Azərşəkər” MMC-nin “Yevlax-Goranboy Aqroparkı”
Nazir müavini Sarvan Cəfərov Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
24 Yanvar 2025
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
24 Yanvar 2025
2024-cü ildə “Şəhərdən Kəndə” layihəsi çərçivəsində 203 fermerə təlim keçirilib, 5 aqroturizm təsərrüfatına dəstək göstərilib
21 Yanvar 2025
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
17 Yanvar 2025
2024-cü ildə AFAQ layihəsi çərçivəsində 100 fermerə dəstək göstərilib
17 Yanvar 2025