Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Şərur Rayon İcra Hakimiyyətinin binasında Şərur rayonundan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən əkin sahələri və kənd təsərrufatı heyvanlarının sığortalanması, aqrar sığorta haqlarının hesablanması, fermerlərə dövlət dəstəyi, güzəştli kreditlər və digər məsələlərlə bağlı olub.
Fuad Sadıqov vətəndaşların müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbul zamanı bildirilib ki, aqrar sığorta dövlət tərəfindən aqrar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.
Qarşıdan yeni sığorta mövsümünün, payızlıq taxıl əkini dövrünün gəldiyini xatırladan Fuad Sadıqov fermerlərə dövlətin yaratdığı bu imkandan faydalanmağı, əkin sahələrini və heyvanlarını sığortalamağı tövsiyə edib.
Qəbuldan sonra Fuad Sadıqov Şərur rayonunun Düdəngə kəndində heyvandarlıq təsərrufatı, eləcə də rayonun Aşağı Daşarx kəndində meyvə bağına baxış keçirib fermerləri dinləyib, fermerlərlə aqrar sahə ilə bağlı fikir mübadiləsi aparılıb.
Zaqatala rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
17 Sentyabr 2026
Siyəzən rayonunda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
17 Sentyabr 2026
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
17 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
17 Sentyabr 2026
“Qusar Aqropark” qeydiyyata alınıb, rezidentinə qeydiyyat şəhadətnaməsi təqdim edilib
16 Sentyabr 2026