Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda bağçılığın inkişafı və bitkiçilik məhsullarının sığortalanması ilə bağlı mühüm vəzifələr nəzərdə tutulub.
Ölkədəki fındıq bağlarının təxminən 20 min hektarı Quba-Xaçmaz regionunun payına düşür. Xaçmaz rayonunda isə 11 148 hektar fındıq bağı mövcuddur. Bu sahə bölgədə kənd təsərrüfatının inkişafında və fermer ailələrinin gəlirlərinin formalaşmasında mühüm rol oynayır.
Dolu, fırtına, qasırğa, sel və subasma kimi təbiət hadisələri fındıq bağlarına zərər vuraraq məhsul itkisinə və fermerlərin gəlirlərinin azalmasına səbəb ola bilər. Belə risklərdən qorunmaq üçün aqrar sığorta mexanizmi fermerlərə mühüm imkanlar yaradır.
Aqrar Sığorta Fondu vasitəsilə 41 bitkinin, o cümlədən 20-yə yaxın meyvə bitkisinin sığortalanması mümkündür. Mexanizmin əsas üstünlüyü sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsidir. Beləliklə, fermer sığorta haqqının yalnız yarısını ödəməklə təsərrüfatını sığortalaya bilər.
Hesablamalara əsasən Xaçmaz rayonunda 1 hektar fındıq bağının əsas risklərdən sığortalanması fermerə təxminən 26 manata başa gələ bilər.
Hesablama zamanı hektardan 1,2 ton məhsul götürülməsi və fındığın sahədə satış qiymətinin kiloqram üçün 3 manat olması əsas götürülüb. Bu halda gözlənilən məhsulun sığorta dəyəri 3 600 manat təşkil edir. Region üzrə 1,45% sığorta tarifi əsasında ümumi sığorta haqqı təxminən 52 manat hesablanır. Bunun 26 manatını dövlət ödəyir, qalan 26 manat isə fermerin payına düşür.
Beləliklə, fermer nisbətən kiçik məbləğ ödəməklə gözlənilən məhsulu müqavilədə nəzərdə tutulan sığorta risklərindən qoruya bilər. Sığorta haqqının dəqiq məbləği bağın göstəricilərinə və tətbiq olunan sığorta şərtlərinə uyğun müəyyənləşdirilir.
Qeyd edək ki, Xaçmaz rayonunda indiyədək ümumilikdə 1 milyon 83 min manat aqrar sığorta ödənişi həyata keçirilib. Bu məbləğin 1 milyon 57 min manatı bitkiçilik sığortası üzrə, 26 min manatı isə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ödənilib.
Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat sahiblərini əkinlərini, tarla bitkilərini və meyvə bağlarını dövlət dəstəyi ilə tətbiq edilən güzəştli sığorta mexanizmi vasitəsilə qorumağa çağırır.
Aqrar sığorta xidmətləri, sığorta şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə öyrənmək mümkündür.
Aqrar sahədə maarifləndirici tədbirlər davam etdirilir
20 Oktyabr 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İmişlidə vətəndaşları qəbul edəcək
19 Oktyabr 2026
Ağstafada Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
16 Oktyabr 2026
“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb
16 Oktyabr 2026
Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar
16 Oktyabr 2026