Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlərin monitorinqi keçirilmişdir.
20 noyabr 2026-cı ildə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov rayon ərazisində fəaliyyət göstərən aqroparklara, iri fermer təsərrüfatlarına və yeni intensiv meyvə bağlarına baxış keçirmişlər.
Baxışın keçirilməsində əsas məqsəd dövlət proqramlarının icrası, rayonun aqrar potensialının artırılması, intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi və istehsal göstəricilərinin yerində qiymətləndirilməsidir.
Baxış zamanı rayonda kənd təsərrüfatının inkişafı, məşğulluğun təmin edilməsi və istehsal həcminin artırılması istiqamətində aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
ABŞ-da aqrar təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
21 Noyabr 2026
Masallıda aqrar sahənin inkişafı üçün yeni layihələr reallaşdırılır
21 Noyabr 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək
20 Noyabr 2026
Azərbaycan-NASDA əməkdaşlığının perspektivləri müzakirə edilib
20 Noyabr 2026
Qaxda aqrar sahə üzrə investisiya layihələrinin icra vəziyyəti ilə tanışlıq olub
20 Noyabr 2026