2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Goranboy rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
“Aqroservis” ASC-in sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbulda iştirak edən vətəndaşlara “Aqroservis” ASC-nin fəaliyyəti və fəaliyyət prisnipləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, hazırda mövsümə uyğun mineral gübrələrin səyyar satış xidməti həyata keçirilir və bu xidmət mövsümün sonuna kimi davam edəcək. Fermerlər çox asanlıqla mineral gübrələrə olan tələbatını bu xidmət vasitəsilə qarşılaya bilərlər.
Qəbuldan sonra “Aqroservis” ASC-nin sədri bölgədə fəaliyyət göstərən iri nar bağı təsərrüfatına baş çəkib, bağlarda aparılan mövsümi işlərin gedişi ilə maraqlanıb, fermerlərin meyvə bağları üçün lazım olan texnika və mineral gübrələrlə bağlı suallarını cavablandırıb.
Nazir Məcnun Məmmədov və Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut arasında onlayn görüş keçirilib
25 Aprel 2025
Azərbaycanda pambıq sahələrinin sığortalanması prosesinə start verilir
24 Aprel 2025
Zəngilan və Cəbrayıl sakinlərinə kənd təsərrüfatı dronlarından istifadəyə dair onlayn təlimlər keçirilir
23 Aprel 2025
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Saatlıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
23 Aprel 2025
Nazir Məcnun Məmmədov Türkiyədə keçirilən “Kənd Təsərrüfatı Diplomatiyası Seminarı”nda iştirak edib
22 Aprel 2025