Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar sahədə innovasiyaların təbliği və təşviqi istiqamətində növbəti layihə həyata keçirilir. Layihə çərçivəsində Zəngilan və Cəbrayıl rayonlarının sakinləri üçün aqrar sahədə tətbiq olunan pilotsuz uçuş aparatlarının idarə edilməsinə dair onlayn təlimlərə start verilib.
Türkiyə Respublikasının “Sapmaz Havacılık və İleri Texnolojiler” şirkətinin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə kənd təsərrüfatı dronlarının spesifikası və istifadə qaydaları öyrədilir.
Təlim iştirakçıları Zəngilan rayonunda keçiriləcək Aqrar Biznes Festivalı çərçivəsində sahələrə çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə praktiki təcrübə keçəcəklər.
Təlimlərdə iştirak etmiş şəxslərə Türkiyə Respublikasının Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikat və dronların idareedilməsi üzrə sürücülük vəsiqəsi veriləcək.
Laçın rayonunda Aqrar Biznes Festivalı keçirilib
17 Aprel 2026
Azərbaycanda pambıq sahələrinin sığortalanmasına başlanılıb
17 Aprel 2026
İşğaldan azad edilmiş ərazilərdə keçirilən təlimlərin növbəti mərhələsi uğurla başa çatıb
17 Aprel 2026
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Bərdədə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
16 Aprel 2026
Latviya nümayəndə heyəti Şuşa və Xankəndidə aparılan yenidənqurma işləri ilə tanış olublar
16 Aprel 2026