Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısı çərçivəsində Qırğız Respublikası Baş nazirinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev ilə görüşüb.
Görüşdə nazir Məcnun Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Nazir bildirib ki, Azərbaycan Qırğız Respublikası ilə ticarət dövriyyəsinin artırılması, o cümlədən kənd təsərrüfatının müxtəlif sahələrində, xüsusilə heyvandarlıq, balıqçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə önəm verir.
Qırğız Respublikası Baş nazirinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev isə öz növbəsində ölkəsinin Azərbaycanın aqrar sektorun rəqəmsallaşdırılması, aqrar sığortanın tətbiqi, kənd təsərrüfatı məhsullarının emalı sahəsində uğurlu təcrübəsini öyrənməkdə maraqlı olduqlarını ifadə edib. O, iki ölkə arasında aqrar təhsil sahəsində əməkdaşlıqda, tələbə-müəllim mübadiləsi proqramlarında iştiraka maraq göstərdiklərini vurğulayıb.
Görüş zamanı aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, bu istiqamətlərdə təcrübə mübadiləsinin aparılmasının vacibliyi barədə geniş müzakirələr aparılıb, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Təşkilata üzv ölkələrlə aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edən tərəflər kənd təsərrüfatı sahəsində təşkilata üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Aqrar sahədə maarifləndirici tədbirlər davam etdirilir
20 Oktyabr 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İmişlidə vətəndaşları qəbul edəcək
19 Oktyabr 2026
Ağstafada Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
16 Oktyabr 2026
“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb
16 Oktyabr 2026
Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar
16 Oktyabr 2026