Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş qərargahında “Davamlı akvakultura təlimatlarının tətbiqi üçün regional yanaşmalar” mövzusunda beynəlxalq ekspert seminarı keçirilib.
Tədbir FAO tərəfindən 2024-cü ildə qəbul olunmuş “Dayanıqlı Akvakultura üzrə Təlimatlar”ın (GSA) ölkələr səviyyəsində praktik tətbiq mexanizmlərinin hazırlanmasına həsr edilib. Seminar çərçivəsində GSA-nın idarəetmə və planlaşdırma, resurslardan dayanıqlı istifadə, sosial məsuliyyət və dəyər zənciri istiqamətləri üzrə tətbiqi, eləcə də qərar qəbuletməni dəstəkləyən alətin formalaşdırılması məsələləri müzakirə olunub.
Tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq və akvakultura sahəsində həyata keçirilən institusional islahatlar, elmi əsaslı idarəetmə və monitorinq mexanizmlərinin tətbiqi, su bioresurslarının qorunması və artırılması istiqamətində görülən işlər barədə məlumat verib. O qeyd edib ki, ölkəmizdə sektorun inkişafı ekosistem əsaslı yanaşmaya söykənir və müasir texnologiyaların tətbiqi prioritet istiqamətlərdəndir.
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Xocalıda damazlıq heyvandarlıq kompleksi ilə tanış olublar
29 Iyun 2026
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
25 Iyun 2026
Fermerlərin nəzərinə: “Kənddən Şəhərə” Mövsüm yarmarkasında iştirak üçün qeydiyyat başladı
25 Iyun 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Xankəndidə vətəndaşlarla görüşüb
24 Iyun 2026
“Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda tədbir keçirilib
24 Iyun 2026