Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov oktyabrın 3-də, saat 10:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050/070-326-34-34) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Nazir Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
18 Iyul 2025
Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
18 Iyul 2025
Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq
17 Iyul 2025
“Günəbaxan bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda tarla seminarı keçirilib
17 Iyul 2025
“Aqrar Tədarük və Təchizat” ASC aqroturizm təsərrüfatlarına mediatur təşkil edib
15 Iyul 2025