2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov martın 6-da, saat 10:00-da Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Aqrar Sığorta Fondunun səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin (1652) və Aqrar Sığorta Fondunun (1651) “Çağrı Mərkəzləri”nə, eyni zamanda Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-576-19-41) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Braziliya və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
17 Sentyabr 2024
Nazir Məcnun Məmmədov “Böyük iyirmilik” ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin Toplantısında iştirak edib
17 Sentyabr 2024
Nazir Məcnun Məmmədov Şamaxıda vətəndaşları qəbul edəcək
17 Sentyabr 2024
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Cəlilabadda vətəndaşları qəbul edəcək
16 Sentyabr 2024
Azərbaycan Dövlət Aqrar Universitetində Bilik Günü qeyd olunub
16 Sentyabr 2024