2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev martın 6-da, saat 10:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (070-326-34-34) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Nazir Məcnun Məmmədov və Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut arasında onlayn görüş keçirilib
25 Aprel 2025
Azərbaycanda pambıq sahələrinin sığortalanması prosesinə start verilir
24 Aprel 2025
Zəngilan və Cəbrayıl sakinlərinə kənd təsərrüfatı dronlarından istifadəyə dair onlayn təlimlər keçirilir
23 Aprel 2025
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Saatlıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
23 Aprel 2025
Nazir Məcnun Məmmədov Türkiyədə keçirilən “Kənd Təsərrüfatı Diplomatiyası Seminarı”nda iştirak edib
22 Aprel 2025