Aprelin 29-dan başlayaraq Ağdərə rayonunun Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanır. Suqovuşan kəndində yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi mayın 29-u günün sonunadək davam edəcək.
Suqovuşan kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.
Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Bu kənddə birillik və çoxillik bitkilərdən - armud, gilas, şaftalı, nektarin, ərik, nar, qoz, fındıq, şabalıd, üzüm (süfrə və texniki), moruq, böyürtkən, çiyələk, qarağat, mavigilə (dibçəkdə), buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, kartof, yonca, xaşa və müxtəlif ot qarışıqları (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.
Suqovuşan kəndinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:
EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)
Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Suqovuşan” seçməklə ərizə formasını doldurmaq.
Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Suqovuşan kəndi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.
Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 iyun-31 iyul tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.
Fermerlər əlavə məlumat üçün Ağdərə Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-858-54-37, 051-770-95-93) müraciət edə bilər.
Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları müxtəlif bölgələrdə balıqçılarla maarifləndirici görüşlər keçiriblər
29 Aprel 2026
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
29 Aprel 2026
19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib
28 Aprel 2026
Xocalının Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
28 Aprel 2026
Yaylaqlara köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair təlimlər davam edir
28 Aprel 2026