Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Uqanda Respublikasının xarici işlər üzrə dövlət naziri Con Mulimbanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan nazir müavini İlhamə Qədimova onlara Azərbaycanda aqrar sektorun mövcud vəziyyəti, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Respublikası tərəfdaş dövlətlərlə digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
Görüşdə Azərbaycanla Uqanda arasında aqrar sahədə əməkdaşlıq imkanları, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi və digər məsələlər müzakirə olunub.
Uqanda Respublikasının Xarici İşlər üzrə Dövlət Naziri Con Mulimba ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
02 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
01 Oktyabr 2026
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026