Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun laboratoriyası akkreditasiyadan keçib

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun “Funksional analizlər” laboratoriyası sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətlərinə dair ümumi tələblər standartına uyğun akkreditasiyadan keçib. Laboratoriya sınaq fəaliyyətinin həyata keçirilməsi üçün  AZS İSO/İEC  17025 :2020 standartına uyğun akkreditasiya attestatı alıb.

İnstitutun laboratoriyası müvafiq akkreditasiyadan keçməklə gübrə, pestisid, torpaq, su, bitki, meyvə, tərəvəz, toxum sahələri əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququ qazanıb.

Qeyd edək ki, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun laboratoriyalarında ən müasir cihaz və avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və bir sıra digər analizlərin həyata keçirilməsinə imkan verir. Burada, həmçinin virussuz kartof toxumçuluğunun müasir səviyyədə təşkili üçün biotexnologiya laboratoriyası da qurulub. İnstitut  Dünya Tərəvəzçilik Mərkəzi ( AGRDC, Tayvan), Beynəlxalq Kartofçuluq Mərkəzi (CİP, Peru), Belarus Genetika və Sitologiya İnstitutu, Ümumrusiya Elmi-Tədqiqat Seleksiya və Toxumçuluq İnstitutu (VNİSSOK), Hubey Bio-Texnologiya Peşə Kolleci və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.