Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov iyunun 29-da Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında Saatlı, Sabirabad, Lənkəran, Goranboy, Cəlilabad, Beyləqan rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən subsidiya ödənişləri, damazlıq heyvandarlıq təsərrüfatına dəstək, güzəştli şərtlərlə texnika alışı, soyuducu anbar sistemi, müasir suvarma sistemləri və digər məsələlərlə bağlı olub. AKİA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Yalçın Camalov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Agentlik sədri rayonun Sımada kəndində yerləşən “Alles” MMC-yə məxsus təsərrüfata baxış keçirib. Əvvəlcə “Aberdin-Anqus” cinsli kompleksdə iribuynuzlu heyvanların saxlama fermasında müəssisənin işi ilə tanış olan Yalçın Camalov fermerlərə təsərrüfatın daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq məsləhət və tövsiyələr verib. Təsərrüfat sahibi kompleksin qurulmasında dövlət dəstəyindən yararlandıqlarını xüsusi vurğulayıb. Daha sonra ərazidə qurulmaqda olan yeni pivot suvarma sistemi ilə də tanışlıq həyata keçirilib. Ümumilikdə 4 ədəd olmaqla 800 hektara yaxın ərazinin suvarılması üçün nəzərdə tutulan müasir suvarma sisteminin “Ərzaqlıq buğda” Proqramına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi ilə müqaviləyə əsasən reallaşdırıldığı qeyd olunub. AKİA sədri isə Ərzaqlıq buğda istehsalçılarının müasir suvarma sistemlərini qurduqda, təhvil verilən məhsulun hər tonuna görə əlavə dövlət subsidiyası aldıqlarını xatırladıb.
Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri, aqrar istehsalın səmərəliliyinin artırılması, innovativ texnologiyaların tətbiqi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verilib.
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
29 Iyun 2026
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Göyçayda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
29 Iyun 2026
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Xocalıda damazlıq heyvandarlıq kompleksi ilə tanış olublar
29 Iyun 2026
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
25 Iyun 2026
Fermerlərin nəzərinə: “Kənddən Şəhərə” Mövsüm yarmarkasında iştirak üçün qeydiyyat başladı
25 Iyun 2026