Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən hər il 1 noyabr tarixi Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Peşə bayramı münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Nazirliyin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər.
Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb
30 Oktyabr 2026
Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş tədbir keçirilib
30 Oktyabr 2026
Sabirabadda “Aqrar sahədə dövlət dəstək mexanizm”ləri mövzusunda panel müzakirəsi və toxum sərgi-satış yarmarkası keçirilib
30 Oktyabr 2026
“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
30 Oktyabr 2026
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb
29 Oktyabr 2026