Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən bu gün səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına icazə verilmiş yerlərdə dezinfeksiya tədbirinə başlanılıb.
Artıq Abşeron rayonunda 5, Şəmkir rayonunda müvafiq qurumlar tərəfindən müəyyən edilmiş diri heyvanların satışının və kəsiminin aparıldığı 2 yerdə ödənişsiz əsaslarla dezinfeksiyası tədbirləri yekunlaşıb.
İnfeksion və invazion xəstəliklərin qarşısının alınması məqsədlə aparılan dezinfeksiya işində kimyəvi məhlullar əraziyə xüsusi maşınlarla güclü axın şəklində səpilib, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılıb.
Obyektlər dezinfeksiya tədbirlərindən sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib, bununla da heyvan satışı üçün ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunub.
Qeyd edək ki, bu tədbir digər rayon və şəhərlərdə ardıcıl şəkildə davam etdirilir. Tədbirin avqustun 16-da yekunlaşması nəzərdə tutulur.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026