Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Ağdaş və Zərdab rayonlarında “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili” mövzusunda müşavirələr keçirilib. Müşavirələrdə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, rayon rəhbərliyi, pambıqçılıqla məşğul olan fermerlər və mütəxəssislər iştirak ediblər. Tədbirdə Prezident İlham Əliyevin iştirakı ilə martın 26-da Bərdədə keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilən tapşırıqların icrası məsələləri müzakirə olunub.
Ağdaşda keçirilən tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov respublikamızda pambıqçılığın inkişaf strategiyasından danışıb, Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrlə bağlı məlumat verib. Pambığın strateji məhsul olduğunu qeyd edən natiq dünyada bu məhsulun istehsalının 7 faiz azaldığını, ehtiyacın isə 5 faiz artdığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən şəxslər pambıqçılığın inkişaf etdirilməsi üçün təkliflərini səsləndiriblər. Müşavirədən sonra nazirlik rəsmiləri fermer təsərrüfatlarına baş çəkiblər, sahələrdə pambığa aqrotexniki qulluq qaydalarına necə riayət olunması ilə yerindəcə tanış olublar.
Zərdab rayonunda da analoji mövzuda müşavirə keçirilib. Müşavirədə çıxış edən nazir müavini Seyfəddin Talıbov regional aqrokimya laboratoriyalarının yaradılmasının vacibliyinə diqqət çəkib, son illər ərzində 11 belə laboratoriyanın qurulduğunu və ən müasir avadanlıqlarla təchiz olunduğu barədə məlumat verib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov növbəli əkin sistemi, əsaslı becərmə, innovativ pilot təsərrüfatlarının yaradılması, torpağın və əkilən sortun düzgün seçilməsi, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov məhsuldarlığın artırılması, yığıma hazırlıq və yığım, pestisidlərin təsirinin azalmasının səbəbləri, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsrayılov son illər ölkəyə gətirilən texnikalar, Kənd Təsərrüfatı Nazirliyinin torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Eldəniz Həsənov pambıq yığımına hazırlıqla bağlı görülən işlər barədə məlumat verib.
Müşavirədə fermerlərin sualları cavablandırılıb, təkliflər dinlənilib.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026