Rektor İbrahim Cəfərov “Bitki mühafizəsi və ərzaq təhlükəsizliyi” mövzusunda mühazirə söyləyib
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Davamlı İnkişaf Hədəfləri” 1-ci Beynəlxalq Yay Məktəbi işini davam etdirir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bu gün iştirakçılara “Bitki mühafizəsi və ərzaq təhlükəsizliyi” mövzusunda mühazirə söyləyib. Rektor qeyd edib ki, 2030-cu ilə qədər Davamlı İnkişaf Gündəliyinin əsas hədəflərindən biri aclığın aradan qaldırılması, ərzaq təhlükəsizliyinə və normal qidalanmaya nail olunması, davamlı kənd təsərrüfatının təşviq edilməsidir. O bildirib ki, xəstəlik və zərərvericilər bitkilərin 30-32 faizinin, saxlanma prosesində isə məhsulun 10-12 faizinin yararsız hala düşməsinə səbəb olur.
Mühazirədə kartofda fitaftoroz və xərçəng, üzümdə mildium xəstələyi, buğdanın xəstəlik törədiciləri, bütövlükdə xəstəlik və zərərvericilərin ərzaq təhlükəsizliyinə təsiri, bitki mühafizəsində müasir idarəetmə metodları barədə geniş məlumatlar verilib. Mühazirənin interaktivlik dərəcəsi yüksək olub, tələbələrin suallarına ətraflı cavab verilib.
Mühazirənin sonra tələbələr aqronomluq fakültəsinin laboratoriyaları, bitki klinikası ilə tanış olublar.
Qeyd edək ki, ADAU-da keçirilən 1-ci Beynəlxalq Yay Məktəbində Azərbaycan, Belarus, Çexiya, Çin, Gürcüstan, İran, Özbəkistan, Polşa, Qazaxıstan, Rusiya, Türkiyədən 34 tələbə iştirak edir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026