Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.
Görüşdə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, bu gün ADAU-nun beynəlxalq əlaqələri kifayət qədər genişlənib. Universitetdə yaradılan şəraitdən, tələbələrin ictimai həyatda aktivliyindən və dil biliklərinin daha yaxşı mənimsənilməsindən söz açan rektor qeyd edib ki, bu gün əcnəbi tələbələrdə də Azərbaycan dilinə maraq yüksək səviyyədədir.
Sonra çıxış edən universitetin Təlim-tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova çıxışında ADAU-da əcnəbi tələbələrə göstərilən diqqət və qayğının yüksək olduğunu bildirib.
Beynəlxalq əlaqələr şöbəsinin müdir səlahiyyətlərini icra edən Zümrüd Hənifəyeva qeyd edib ki, əcnəbi tələbələrin həm dil biliklərinin yaxşılaşdırılması, həmdə mühitə adaptasiya olmaları üçün mütəmadi kurslar və görüşlər təşkil edilir.
Universitetdə təhsil alan Konqo Demokratik Respublikasından Zeqbali Azeabli Novis, Mopeseka Elizabet Motali, Malaziyadan Muhammed Hazik Reyhan, Somalidən Abdulaziz İbrahim Aden Azərbaycan dilində çıxış edərək öz dil biliklərini nümayiş etdiriblər.
Daha sonra Türkiyə Cumhuriyyətindən gələn Abdurrahman Karakaş ümumilikdə əcnəbi tələbələr üçün yaradılan şəraitə görə təşəkkür edib.
Qeyd edək ki, bu gün ADAU-da Türkiyə, Rusiya, İran, Malaziya, Konqo, Gürcüstan, Somali, Lesoto kimi dünyanın müxtəlif ölkələrindən ümumilikdə 100-ə dək əcnəbi tələbə təhsil alır.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026