Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “İşə əsaslanan tədrisin təşkili, imkanları və çətinlikləri” adlı dəyirmi masa keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, Dövlət Aqrar İnkişaf Mərkəzləri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, ADAU, eləcə də peşə məktəblərinin müəllim və tələbə heyəti, fermerlər, sahibkarlar və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların təmsilçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADAU-nun prorektoru Anar Hətəmov məşğulluğun təmin olunmasına əsaslanan tədrisin təşkilinin iqtisadiyyatın inkişafı və təhsilin keyfiyyətinə müsbət təsir etdiyini, işəgötürənlər üçün faydalı olduğunu qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini, Təhsil sektorunun müdiri Nəzrin Bağırova texnoloji tərəqqi, bilik iqtisadiyyatına keçidin təhsilə təsirindən danışıb. Qeyd edilib ki, əmək bazarında tələb olunan praktiki bilik və bacarıqlara cavab verən təhsilin inkişafı ölkəmizdə prioritet istiqamətlərdən biridir: “İşə əsaslanan tədrisin təşkili” adlı dəyirmi masanın təşkilinin məqsədi məhz bu konsepsiya çərçivəsində işəgötürənləri və təhsil müəssisələrini bir araya gətirməkdir”.
Dəyirmi masa iştirakçıları tədris proqramı, “Bir tələbə-bir fermer” layihəsi, mövsümə əsaslanan istehsalat təcrübəsinin həyata keçirilməsi ilə bağlı görülən işlərin əhəmiyyəti barədə məlumatlandırılıb.
Təhsil Nazirliyinin Peşəyönümü və işə götürənlərlə iş şöbəsinin müdir müavini Nigar İsmayılzadə insan kapitalına investisiya çərçivəsində əsas təhsil və peşə təhsilinə ayrılan investisiyalar barədə məlumat verib. Şirkət nümayəndələri, işəgötürənlər peşəkar kadrlara olan tələbat, tələb olunan bilik və bacarıqları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbir iştirakçıları ADAU-nun maddi-texniki bazası - qapalı və açıq balıq yetişdirmə laboratoriyası, istixana və heyvandarlıq kompleksləri, baytarlıq klinikası, patoloji anatomiya muzeyi, yataqxanalar və texnika parkı ilə tanış olublar.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026