Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrə karyera planlamasına dair seminar keçirilib. Seminarda bildirilib ki, bu gün tələbələrin karyerası, gələcəyini qurması əsas məsələlərdən biridir.
Seminarda təhsil müəssisəsinin Tədris işləri üzrə prorektoru Anar Hətmov ADAU-da karyera məkəzinin yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, bu mərkəz tələbələrin gələcəkdə uğurlu karyera qurmalarına yardım edən struktur bölmədir. Mərkəzin fəaliyyətinin əsas istiqaməti tələbələrin və məzunların məğulluğunun təmin olunmasına dəstək göstərmək və kömək etməkdir.
Karyera mərkəzinin direktoru Anar Abbasov seminar iştirakçılarına mərkəzin fəaliyyət istiqamətlərindən, mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasından, işlə bağlı müraciətlərin idarə olunmasından, uğur əldə etmiş iş adamları ilə görüşlərin təşkilindən, peşəkar məsləhətlərinin verilməsindən, universitetdaxili və xarici qrumlarla münasibətlərdən danışıb, CV-lərin düzgün hazırlanma qaydalarını izah edib.
ADAU-nun məzunu, "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə isə karyera qurmasında əldə etdiyi təcrübəni tələbələrlə bölüşüb. Qeyd edib ki, ictimai fəaliyyət sahəsində xüsusi fərqləndiyinə görə gənclər üçün prezident mükafatı ilə təltif olunub: “Mənə verilən bu mükafat ictimai fəallığımı motivasiya edən və daha aktiv fəaliyyətə dəstək olan ən böyük dəyərdir. Bu günə qədər 100-ə yaxın yerli, regional və beynəlxalq layihələrdə iştirakçı və təşkilatçı kimi fəaliyyət göstərmişəm. Azərbaycanda keçirilən 20-yə yaxın beynəlxalq layihədə ölkəmizi yüksək səviyyədə təmsil etmişəm. Mən bu günün tələbələrinə də gələcək karyerasında daha fəal və diqqətli olmağı tövsiyyə edirəm”.
Qeyd edək ki, bu cür seminarların mütəmadi keçiriləcək və tələbələrə məqsədlərinin reallaşması üçün hərtərəfli dəstək göstəriləcək.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026