Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) professor-müəllim heyətinə, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun (HETİ), həmçinin Göygöl, Samux, Goranboy, Daşkəsən, Kəlbəcər, Tovuz, Gədəbəy, Şəmkir, Ağstafa, Qazax rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) Gəncə, Şəki, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin (RAEİM) əməkdaşları üçün təlimlər keçirilib. Təlimlər Azərbaycan Respublikasının Kənd Təsərrüfat kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi üzrə yeni qaydaların tətbiq edilməsi ilə bağlı olub. Təlimi giriş sözü ilə açan ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov subsidiyalarla bağlı məlumat verib, təlim iştirakçılarına universitetdə olan yeniliklər barədə danışıb.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva çıxış edərək, elektron sistemdə qeydiyyatdan keçmə prosesi və yeni qaydalarla bağlı məlumat verib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiqlənib. Qaydaya görə, 2020-ci il yanvarın 1-dən etibarən, fermerlərə subsidiyaların ödənilməsi üçün sənədlər elektron sistem üzərindən yığılacaq, subsidiyaların maneəsiz, kənar müdaxilələr olmadan və sürətli verilməsi təmin ediləcək, təchizatçı və tədarükçülərin fermerlərlə tərəfdaşlığı şəffaflaşmış şəkildə aparılacaq. Yeni mexanizmlə fermerlərə subsidiyaların verilməsini, DAİM-lərin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026