Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ali təhsil müəssisələrinə keçirilən imtahanlarda Gəncə şəhəri üzrə 1-ci və 4-cü qruplar üzrə 500-dən yuxarı bal toplayan abituriyentlərlə görüşüb.
Rektor İbrahim Cəfərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü-torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd veriləcəyini bir daha diqqətə çatdırıb. Bildirib ki, aqraryönümlü ixtisasların hamısı dövlət sifarişlidir. Tələbələr yüksək təhsillə yanaşı müasir standartlara cavab verən tələbə evlərində yaşayış yerləri ilə də təmin olunurlar.
Rektor İ. Cəfərov ölkə başçısının aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğı nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının ən müasir standartlara uyğun yenidən qurulması, iki tələbə evinin gənclərin istifadəsinə veriliməsi, universitetin müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunması barədə danışıb. Əlavə edib ki, aqrar sahəyə savadlı kadr hazırlamaq üçün universitetdə hər bir şərait və tam şəffaf mühit mövcuddur.
Çıxışının sonunda rektor qəbul imtahanlarında yüksək nəticə əldə edən abituriyentləri təbrik edib, onlara uğurlar arzulayıb, ixtisas seçimi zamanı reallıqlardan səmərəli və düzgün bəhrələnməyə çağırıb.
Görüşdə çıxış edən məktəb direktorları, müəllimlər, valideynlər və yüksək nəticə əldə edən abituriyentlər aqrar təhsilə diqqət və qayğısına görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026