Ölkədə aqrar sektorun inkişafına ictimai dəstəyi nümayiş etdirmək, vətəndaşların və ya fermerin aqrar sahədəki problemlərini yerində müəyyən etmək və həlli yollarını axtarmaq, gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi daşıyan, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə yaradılmış Aqrar İnkişaf Könüllülərinin fəaliyyətinin genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müvafiq işlər görülməkdədir.
Bu məqsədlə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov növbəti dəfə könüllü tələbələrin bir qrupu ilə görüşüb. ADAU Aqrar İnkişaf Könüllülərinin rəhbəri Valeh Əsədov çıxış edərək yaradılmış şəraitə, o cümlədən könüllülər üçün otağın ayrılmasına, aktiv könüllülərə büdcədənkənar vəsait hesabına əlavə təqaüdün verilməsinə görə rektora təşəkkürünü bildirməklə, həyata keçirilən layihələr, fəaliyyət sahələri və istiqamətləri barədə məlumat verib.
Rektor tələbələrə fəaliyyətin daha da genişləndirilməsi üçün tövsiyə və tapşırıqlarını vermiş, aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyəti formalaşdırmaqla gələcəkdə bu sahədə fəaliyyət göstərə biləcək ixtisaslaşmış kadrların yaranmasına təkan vermək, innovativ texnologiyaların və mövcud resursların səmərəli istifadəsinin təbliği ilə bu sahənin dayanıqlı inkişafına töhfə vermək kimi missiyanın həyata keçirilməsi üçün könüllü tələbələrə həmişə hərtərəfli dəstək olmağa hazır olduğunu bildirib.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026