Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və “PAŞA Holding” tərəfindən dəstəklənən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində qadın fermerlərlə növbəti görüş İsmayıllı rayonunun Sumağallı kəndində baş tutub.
Görüşdə İsmayıllı rayon İcra Hakimiyyətinin rəhbərliyi, “Aqrar Tədarük və Təchizat” ASC-nin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndələri, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru, Sumağallı kəndində fəaliyyət göstərən və layihə çərçivəsində keçirilən təlimləri uğurla tamamlayan qadın fermerlər iştirak ediblər.
Görüş zamanı qadın fermerlərin təsərrüfatlarına baxış keçirilib, təsərrüfat sahiblərinə ehtiyaclarına uyğun olaraq müvafiq avadanlıqlar (inkubator, medaqon, süd sağan aparat, seperator, yem üyüdən aparat və s.) verilib.
Qeyd edək ki, layihəyə ilkin mərhələdə 500-ə yaxın qadın fermer müraciət edib, onlardan 72 fermerin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə aparılılıb. Yerli və xarici mütəxəssislər tərəfindən keçirilən təlim və konsultasiya dəstəyindən bu günə qədər 300-ə yaxın qadın fermer faydalanıb. Layihənin şərtlərinə uyğun gələn təsərrüfat sahiblərinə göstərilən texniki, konsultasiya və təlim dəstəyinin bundan sonra da davam etdirələcək.
Xatırladaq ki, AFAQ layihəsi aqrar sahədə fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bundan əvvəl Şamaxı rayonunun Məlikçobanlı kəndindən olan 3 qadın fermer də layihənin dəstəyindən faydalanıb. Onlara xırdabuynuzlu və iribuynuzlu kənd təsərrüfatı heyvanları verilib.
Layihədə iştirak etmək üçün qadın fermerlər afaq.az saytı vasitəsi ilə qeydiyyatdan keçə, ATT-nin Regional İdarələrinə, eləcə də rayon DAİM-lərinə müraciət edə, 1652 və ya +994504008899 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Operativ məlumat: Azərbaycanda taxıl sahələrinin 86 faizində biçin yekunlaşıb
21 Iyul 2026
Nazir Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşlarla görüşüb
20 Iyul 2026
Daşkəsəndə Aqroturizm və Aqrar Biznes Festivalı keçirilib
20 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edir: Biçindən sonra əkin sahələrini yandırmayın!
20 Iyul 2026
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə 3-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
17 Iyul 2026