Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının texniki və “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən AFAQ layihəsində iştirak etmək üçün ilkin mərhələdə 500-ə yaxın qadın fermerdən müraciət daxil olub.
İndiyədək 72 fermerin təsərrüfatına baxış keçirilib, qiymətləndirmə aparılıb. Dəyərləndirmə aparıldıqdan sonra layihənin kriteriyalarına uyğun gələn qadın fermerlərin təsərrüfatlarına onların müraciətlərinə uyğun olaraq müvafiq avadanlıqlar veriləcək və təlimlər keçiriləcək.
Ötən gün Şamaxı rayonundan layihəyə seçilmiş ilk qadın fermerlərlə növbəti görüş keçirilib. Görüş zamanı layihəyə müraciət etmiş və təlimləri uğurla tamamlamış 3 qadın fermerə təsərrüfatlarının ehtiyacları üzrə dəstək göstərilib. Dəstək göstərilən hər üç fermer Şamaxı rayonu Məlikçobanlı kənd sakinləridir. Fermer Ramilə Seyidova və Gülmayə Seyidovaya təsərrüfatlarının böyüdülməsi məqsədi ilə iribuynuzlu, İradə Abdullayevaya isə xırdabuynuzlu heyvanlar verilib.
Görüş zamanı AFAQ layihəsinin koordinatoru Fidan Alıyeva və Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Etibar Muradlı fermer qadınları təlimləri uğurla başa vurduqları üçün təbrik edib, gələcəkdə təsərrüfatlarını böyütmək, daha da inkişaf etdirmək üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeliyindəki qurumların xidmətlərindən istifadə etməyi tövsiyə ediblər.
Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsinə fəaliyyət göstərən qadın fermerlərin sayının, həmçinin bilik və bacarıqlarının artırılması, eləcə də aqrar sahibkara çevrilmə yolunda onlara dəstək göstərilməsi məqsədilə icra edilir. Layihə çərçivəsində qadın fermerlərə ehtiyacları üzrə dəstəyin göstərilməsi bundan sonra da davam etdiriləcək.
Layihəyə müraciət etmək istəyən qadın fermerlər afaq.az saytı vasitəsi ilə qeydiyyatdan keçə, ATT-nin Regional İdarələrinə, eləcə də DAİM-lərə müraciət edə, 1652 və ya +994504008899 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Xatırladaq ki, AFAQ layihəsi çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən keçirilən təlim və konsultasiya dəstəyindən bu günə qədər 300-ə yaxın qadın fermer faydalanıb.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026