Ağcabədidə “Aqrolizinq” ASC tərəfindən mexanizator və fermerlərə “Texniki təhlükəsizlik qaydaları” və "Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı traktor və digər mexaniki nəqliyyat vasitələrinin mövsümi işlərə hazırlığının təşkili" mövzusunda təlim keçirilib.
Təlimdə 11 fermer və mexanizator iştirak edib. Mexanizator və fermerlərə traktor və digər mexaniki nəqliyyat vasitələrinin mövsümi işlərə hazırlıq prosesinin təşkili, onların istismarı prosesində texniki təhlükəsizlik qaydalarına riayət edilməsi dair məlumatlar verilib.
Həmçinin, iştirakçılar traktor və digər mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, dövlət texniki baxışının keçirilməsi və həmin nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi (dəyişdirilməsi) ilə bağlı məlumatlandırılıb. Texnikalardan düzgün və təyinatı üzrə istifadə qaydaları təlim iştirakçılarına izah olunub. Mövcud təlimatlar və qaydalar baradə maarifləndirmə işləri aparılıb.
Təlimçilər iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıb.
Bundan başqa, Ağstafa rayon Dövlət Aqrar İnkişaf Mərkəzində "Kənd təsərrüfatı heyvanlarının ət və süd məhsuldarlığı”, “Heyvanların ekoloji patologiyası” və “Qoyunların anaerob enteretoksemiyası" mövzularında təlim təşkil olunub. Ağstafa rayon DAİM-in əməkdaşları və yerli fermerlər təlimdə fəal iştirak edib.Təlimçilər fermerləri maraqlandıran suallara ətraflı cavab verib.
Qeyd edək ki, belə təlimlər mütəmadi olaraq keçirilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026