“Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti” layihəsi (AZAFF) çərçivəsində fermerlərin maliyyə savadlılığını artırmaq üçün Ağsu və İsmayıllı rayonlarında iki təlim-seminar keçirilib.
Tədbir Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə baş tutub.
Təlim-seminarlarda fermerlərə planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, kredit təşkilatlarının rolu və funksiyaları, onlarla uzun müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliliyin (ümumi və hər məhsul üzrə) təyin olunması barədə ətraflı məlumat verilib.
Hər iki təlim fermerlər tərəfindən böyük maraqla qarşılanıb və ümumilikdə seminarlarda yerli və ətraf rayonlardan 40-dan çox fermer iştirak edib.
Ağsuda keçirilən təlim-seminarı giriş sözü ilə açan layihənin aparıcı eksperti İlqar Tağıyev, AZAFF layihəsi və komanda üzvləri haqqında fermerlərə qısa məlumat verib. Qeyd edilib ki, bu təlim-seminarlar fermerlərin maliyyə savadlılığının artırılması, ailə büdcəsinin tərtibi və banklarla münasibətlərinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Tədbirdə fermerlərə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti təqdim olunub.
İsmayıllıda keçirilən təlimdə büdcənin tərtibi və maliyyə məsələləri ilə bağlı düzgün qərarların qəbul edilməsinin əhəmiyyəti fermerlərin diqqətinə çatdırılıb. Tədbirdə fermerlərin sualları ətraflı cavablandırılıb, mövzu ətrafında ətraflı müzakirələr aparılıb.
Təlim-seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. AZAFF layihəsi çərçivəsində maliyyə savadlılığının artırılmasına dair təlimlərin qarşıdakı aylar ərzində həyata keçirilməsi nəzərdə tutulur.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026