ADA Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən forum “Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında baş tutan “Agtech and Green Energy” beynəlxalq forumu bu gün də işinə davam edir.
İştirakçıların böyük marağına səbəb olan Foruma 2 gündə dövlət qurumlarının rəsmiləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçilərindən ibarət 800-dən çox iştirakçı qatılıb.
Qeyd edək ki, Forumun keçirilməsində məqsəd qlobal texnologiya şirkətləri, startaplar, fermerlər və digər maraqlı tərəflər arasında əməkdaşlıq yaratmaqdır.
Tədbirdə ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, aparıcı texnologiya şirkətlərinin nümayəndələri çıxışlar edir. Dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssisi bir araya toplayan forumun ilk günündə “Energetika və aqrar texnologiyaların gələcəyi”, “Aqrar və yaşıl enerji üçün texnologiyalar”, “Aqrar və energetika texnologiyaları üzrə Akademiya”, “Siyasətin təsiri”, panelləri üzrə keçirilib.
ForUmun 2-ci günündə “Startap və İnnovasiya Ekosistemi Seminarı”, “Fermerlər üçün seminar”, “Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası”, “Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası”, “Biznes Mühitində İnnovativ Həllər”, “Yeni innovativ ekosistemlər” adlı seminarlar keçiləcək.
Forumun ikinci günündə “Kənd Təsərrüfatının Rəqəmsal dönüşümü”, “Kənd Təsərrüfatı sahəsində yeni informasiya texnologiyalarına keçid”, “Dünyada və Azərbaycanda kənd təsərrüfatı sektorunda yenilikçi İKT texnologiyalarının mövcud istifadə”, “Azərbaycanda aqro-sənaye komplekslərində müasir İKT texnologiyalarına çıxış”, “Azərbaycanda müasir agro startupların fəaliyyəti”, “Böyük aqrobiznes problemlərinin müəyyən edilməsi və startap həllərinin bu problemlərə tətbiqi” mövzuları və Fermerlər üçün seminarda isə “Aqrar innovasiyaların tətbiqi”, “Kənd Təsərrüfatı innovasiyalarının tətbiqi üzrə qısa icmal”, “Müasir kənd təsərrüfatı layihələri və intensiv təsərrüfata keçid”, “Yığım, müvəqqəti qablaşdırma və saxlama”, “Marketinq və logistika” mövzularında seminarlar keçirilib.
Qeyd edək ki, Forumun hər il keçirilməsi planlaşdırılır.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026