Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçiriləcək. Dünyanın 15-ə yaxın ölkəsindən 35 xarici mütəxəssisi bir araya toplayacaq forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
“Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçiriləcək Beynəlxalq Forumun 10-11 dekabr 2018-ci il tarixlərində ADA Universitetində keçirilməsi planlaşdırılır.
“AgTech and Green Energy” Forumunun əsas məqsədləri ölkəmizdə kənd təsərrüfatı və enerji sektorlarında innovativ inkişafa nail olmaq, bu istiqamətdə innovasiya şirkətləri, startaplar və digər maraqlı tərəflər arasında güclü işguzar əlaqələr və dayanıqlı biznes modellər qurmaqdır.
Forumda ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən olan sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, startap şirkətləri və aparıcı texnologiya şirkətlərinin nümayəndələri çıxış edəcəklər.
Forumun aşağıdakı panellər üzrə keçirilməsi planlaşdırılır:
Energetika və aqrar texnologiyaların gələcəyi; Aqrar və yaşıl enerji üçün texnologiyalar; Aqrar və energetika texnologiyaları üzrə Akademiya; Siyasətin təsiri; Yeni innovativ ekosistemlər; Fermerlər üçün seksiya; Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası; Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası; Startap və İnnovasiya Ekosistemi Seminarı.Forumda iştirakla bağlı qeydiyyatdan keçmək üçün müraciətlər 05 dekabr 2018-ci il tarixinədək tədbirin rəsmi saytına (http://agtech.az/) göndərilməlidir. Forumla bağlı daha ətraflı məlumatı www.agtech.az internet səhifəsindən və tədbirin sosial şəbəkələrdəki səhifəsindən (https://www.facebook.com/AgTech.az/) əldə etmək olar.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026