Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ETİ) ölkədə alternativ yemçiliyin inkişafı istiqamətində tədqiqat işləri aparılır. Bu tədqiqatlardan biri lərgə bitkisini (gülül) əhatə edir. İnstitutun Abşeron Təcrübə Stansiyasının ərazisində bitkinin təcrübə-nümayiş əkini həyata keçirilib. Biologiya üzrə fəlsəfə doktoru Atif Zamanov tərəfindən aparılan təcrübənin əsas məqsədi lərgənin açıq torpaq şəraitində aqrotexnikasının, xəstəlik və adaptasiya xüsusiyyətlərinin öyrənilməsidir.
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov və Əkinçilik ETİ-nin direktoru Faiq Xudayev tərəfindən bitkinin təcrübə sahəsində baxış keçirilərək inkişaf fazaları təhlil olunub. Sahədə aparılmış müzakirə zamanı vurğulanıb ki, lərgə bitkisi növbəli əkin sisteminin qurulması üçün əlverişli bitkidir.
Paxlakimilər fəsiləsinə aid olan bitki ərzaq, yem və texniki məqsədlər üçün becərilə bilər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül var. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
Abşeron bölgəsində aparılan ilkin təcrübələr zamanı məlum olub ki, lərgə quraqlığa, şoranlığa, zərərverici və xəstəliklərə davamlıdır. Hər hektardan orta hesabla 45 sentner dən, 250-300 sentner yaşıl kütlə məhsulu verir. Lərgə herik bitkisi kimi də becərilə bilər. Lərgə dənli taxıl bitkiləri üçün yaxşı sələf olduğundan sahə dərhal küləşdən təmizlənməli və payıza qədər taxıl səpininə hazırlanmalıdır.
İnstitut tərəfindən bitkinin bioloji xüsusiyyətlərinin daha yaxından öyrənilməsi məqsədi ilə üç fərqli bölgədə təcrübə əkinləri aparılaraq fermerlərə tövsiyə ediləcək.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026