Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kənd təsərrüfatı ilə bağlı biznes ideyaları olan 35 yaşadək Azərbaycan vətəndaşlarını Aqrar Məşğulluğun Artırılması Layihəsində (AMAL) iştiraka dəvət edir.
İştirak üçün http://amal.gov.az/az/members/ səhifəsindəki formanı doldurmaq və əlaqə üçün şəxsi məlumatları yerləşdirmək lazımdır. Müraciətlər fevralın 15-dək qəbul ediləcək.
Layihə mütəxəssisləri müraciət edən və seçim şərtlərinə uyğun gələn bütün şəxslərlə görüşəcəklər. Görüşlərdən sonra iştirakçılar hazırlıq səviyyələrinə və istəklərinə uyğun olaraq yönləndiriləcək. İştirakçılara biznes ideyalarının icra edilə biləcək plan halına salınması və reallaşdırılması istiqamətində dəstək veriləcək.
AMAL (Aqrar Məşğulluğun Artırılması Layihəsi) Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin kənd yerlərində yaşayan gənclərin məşğulluğuna yönəlmiş layihəsidir. Layihənin əsas məqsədlərindən biri də innovativ aqrar layihələrin tapılıb dəstəklənməsidir. Layihə aqrobiznes ideyalarını reallaşdırmaq məqsədilə gəncləri lazım olan bilik və vəsaitlə təmin etməyə hədəflənib.
AMAL ilə bağlı suallara amal.gov.az saytından və office@amal.gov.az elektron poçtu vasitəsilə cavab almaq olar.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026