Kənd Təsərrüfatı Nazirliyi kənd yerlərində yaşayan gəncləri Aqrar Məşğulluğun Artırılması Layihəsi ilə tanış etmək məqsədilə məlumatlandırma kampaniyasına başlayıb. Gənclərə AMAL barədə informasiya vermək, layihəyə cəlb etmək üçün Şamaxı rayonunda görüş keçirilib.
Görüşlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Namiq Məmmədov, AMAL-ın layihə koordinatoru Səbinə Mikayılova və Aqrar İnkişaf Könüllüləri ictimai hərəkatının rəhbəri Sarvan Cəbrayılzadə iştirak ediblər.
Görüşlərə AMAL internet saytı üzərindən müraciət etmiş gənclərlə yanaşı, aqrar sahə üzrə ali, peşə məktəbi və kollec təhsili almış, təsərrüfat yaratmağa marağı olan və ya artıq müəyyən kiçik təsərrüfatı olan 18-35 yaşlı gənclər dəvət ediliblər. Yerlərdə gənclərə doğru məlumatın çatdırılması, onların səfərbər edilməsi məqsədilə yerli özünü idarəetmə qurumlarının - bələdiyyələrin nümayəndələri də görüşlərə qatılıblar.
Gənclərə layihə barədə məlumat verilib, onların gözləntiləri, maraqlandıqları sahələr öyrənilib, kənd təsərrüfatı biznesinə başladıqda lazım olacaq biliklər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AMAL Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə başladığı yeni layihədir. Layihə ölkədə gənclərin aqrar sahəyə marağının yüksəldilməsi, yeni və innovativ ideyaların dəstəklənməsini, kənd yerlərində yaşayan gənclərin məşğulluğunun artırılmasını, kənd təsərrüfatı ilə məşğul olan gənc fermerlərin aqrar sahədə biliklərinin artırılmasını nəzərdə tutur.
Azərbaycan Aqroturizm Assosiasiyası yaradılıb
02 Iyun 2023
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir
02 Iyun 2023
“Aqroservis” ASC taxıl biçininə hazırlıqla bağlı mexanizatorlarla görüşləri uğurla yekunlaşdırıb
01 Iyun 2023
Aqrar Sığorta Fondu: Güclü leysan və qasırğa nəticəsində sığortalı fermerlərə dəymiş zərər ödəniləcək
01 Iyun 2023
3-4 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək
01 Iyun 2023