Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında bölgə fermerləri üçün “Taxıl əkinlərində aqrotexniki qulluq işləri: aprobasiya işlərinə hazırlıq” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarda DAİM və Regional Aqara Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri taxıl əkinlərində aprobasiya qaydaları və aqrotexniki qulluq işləri haqqında fermerlərə ətraflı məlumat veriblər.
Mövzu ətrafında fermerlərlə qarşılıqlı müzakirə aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Elmi-praktik seminar Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən fermerlərə il boyu aqrar sahənin bütün istiqamətlərini əhatə edən mövsümə uyğun elmi-praktik seminar və təlimlər keçirilir.

AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026