Aqrar Elm və İnnovasiya Mərkəzinin Elmi-Texniki Şurasının 2019-cu il üçün yekun iclası keçirilib. Gündəlikdə duran məsələlərlə bağlı danışan Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bildirib ki, aqrar sahədə aparılan islahatlara uyğun olaraq Şuranın iş fəaliyyəti yenidən təşkil olunub. Bildirilib ki, elmi-tədqiqat institutlarının direktorlarının, müstəqil ekspertlərin daxil olduğu Şura dinamik iş prinsipi həyata keçirərək aqrar elmın qarşısında duran vəzifələri uğurla həyata keçirəcək. Şuranın iclasında elmi-tədqiqat institutları tərəfindən regional aqrar elm və innovasiya mərkəzlərində (RAEİM) nümayiş etdiriləcək yeniliklər, elmi-tədqiqat institutları, təcrübə stansiyaları, RAEİM-lər arasında əməkdaşlığın təşkili məsələləri müzakirə olunaraq qəbul edilib. Həmçinin, iclasda yaz-tarla işlərinin vəziyyəti və yüksək məhsulu təmin edən aqrotexniki tədbirlərin görülməsi (əkinə qulluq, yazlıq əkinlərə hazırlıq, gübrələmə və s.), tədqiqat mövzularının seçilməsində müasir çağırışların nəzərə alınması, kadr hazırlığı, kadrların işə götürülməsində ixtisasa uyğunluğun təmin olunması ilə bağlı hədəflər müəyyən olunub.
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov Azərbaycan və Türkiyə mənşəli pambıq sortlarından hibridləşmə yolu ilə stress faktorlara davamlı, istehsalçıların tələblərinə cavab verən, yüksək məhsuldar və sənaye keyfiyyətli sortların alınması layihəsi haqqında, mərkəzin şöbə müdiri Faiq Xudayev “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” Qanun layihəsinin müzakirəsi ilə əlaqədar İşçi Qrupun yaradılması barədə şura üzvlərinə məlumat veriblər.
Şura tərəfindən “Azərbaycan Aqrar Elmi” jurnalının yeni redaksiya heyəti tərkibinin formalaşdırılması, aqrar sahədə elmi-tədqiqat mövzularının müəyyənləşdirilməsi və elmi-tədqiqat işlərinin təşkili ilə əlaqədar İşçi Qrupun yaradılması qərara alınıb. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun direktoru Elmar Allahverdiyev ölkədə tərəvəz toxumçuluğunun inkişaf etdirilməsində fermerlərin fəaliyyətinin artırılması, Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun direktoru Mahir Hacıyev isə təsərrüfatlarda maddi-texniki bazanın gücləndirilməsi barədə təkliflərini səsləndiriblər.
Şuranın iclasında digər cari məsələlər də müzakirə olunub, 2020-ci ildə aqrar elm potensialının daha da inkişaf etdirilməsi üçün təkliflər irəli sürülüb.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026