“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı yeni layihəyə strart verib. “Gənc Əkinçilər” adlanan layihənin əsas məqsədi bitkilərə düzgün aqrotexniki qulluq, gübrələrdən istifadə qaydaları, bitki zərərvericilərinə və xəstələliklərinə qarşı mübarizə tədbirləri barədə gənclərin maarifləndirilməsinə nail olmaqdır.
Lənkəran şəhərində Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Layihənin açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Alim Məmmədov ölkədə aqrar sahədə aparılan islahatlar barədə məlumat verib. O, dövlət tərəfindən insan kapitalının inkişafına göstərilən dəstək fonunda gənclərin şəxsi inkişaf meyillərini, bilik və bacarıəqlarını daha da artırmasının vacib olduğunu qeyd edib. Direktor müavini iştirakçıların layihə ilə bağlı ilkin təəssüratlarını öyrənib, layihə iştirakçılarına və Aqrar İnkişaf Könüllülərinə uğurlar arzulayıb.
Layihənin ilk günü iştirakçılar “Toxum emalı və toxumun saxlanıması qaydaları”, “Aqrar sahəyə dövlət dəstəyi və aqrar subsidiya qaydaları” mövzularında təlimlərdə iştirak edib. Daha sonra Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinə ekskursiya baş tutub.
Layihənin ikinci günü “Əkin və suvarma sistemləri”, “Bitki zərərvericilərinə və xəstəliklərə qarşı mübarizə”, “Bitkilərə düzgün aqrotexniki qulluğun edilməsi və gübrələrin verilməsi” mövzularında təlimlər keçirilib.
Qeyd edək ki, layihənin icrası gənclərin aqrar sahəyə marağının artırılması və kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmasına kömək edəcək.
“Gənc Əkinçilər” layihəsi 3 gün davam edəcək.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026