"Aqrar İnkişaf Könüllüləri" Təşkilatı Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) dəstəyi ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr edilən ağacəkmə aksiyası həyata keçirib.
"İnkişaf üçün varıq!" şüarını əsas tutan Aqrar İnkişaf Könüllüləri ağacəkmə aksiyasını Gəncə şəhərində keçirib. Könüllülər dahi sənətkarın 880 illik yubileyi ilə əlaqədar olaraq şəhər ərazisində 880 nar ağacı əkiblər.
Ağacəkmə kampaniyası zamanı karantin rejiminin qaydalarına ciddi əməl olunub. İştirakçılar tibbi maskalardan, tibbi əlcəklərdən istifadə ediblər, sosial məsafənin qorunması təmin edilib.
Nar ağaclarına mütəmadi olaraq könüllülərin iştirakı ilə aqrotexniki qulluq ediləcək və bu məqsədlə iməcliklər təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026