“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının növbəti layihəsi olan “AQRO Sosial Media Marketinq” layihəsinə start verilir. Layihə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat" ASC-nin tərəfdaşlığı, “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın maliyyə dəstəyi, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçiriləcək.
Layihənin açılış mərasimi ilə bağlı tədbir “Aqrar Tədqiqatlar Mərkəzi”ndə baş tutub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Tədqiqatlar Mərkəzi”nin direktoru Firdovsi Fikrətzadə, “Aqrar Tədarük və Təchizat” ASC-nin sədr müavini Sərxan Sərxanov, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə çıxış edib. Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Tədqiqatlar Mərkəzi”nin direktoru Firdovsi Fikrətzadə dövlət tərəfindən insan kapitalının inkişafına göstərilən dəstək fonunda gənclərin şəxsi inkişaf meyillərini, bilik və bacarıəqlarını daha da artırmasının vacib olduğunu qeyd edib. O, “AQRO SMM” kimi layihələrin gənclərin aqrar sahə üzrə sosial media vərdişlərinin artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Firdovsi Fikrətzadə iştirakçıların layihə ilə bağlı ilkin təəssüratlarını öyrənib və onlara uğurlar arzu edib. Sərxan Sərxanov isə çıxışı zamanı aqrar sahədə sosial məsuliyyət anlayışının gənc nəsillərə aşılanmasının vacib olduğunu bildirib və uyğun marketinqin fermer təsərrüfatlarında inkişafının zəruriliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Sarvan Cəbrayılzadə isə “Aqrar İnkişaf Könüllüləri”nin xidmət sahələri və gələcək hədəflərinə toxunub. Eyni zamanda, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri “AQRO SMM” layihəsini gənclərin sosial media vərdişlərinin artırılmasında və tətbiqində mühüm addım adlandırıb və iştirakçılara uğurlar arzulayıb. Daha sonra iştirakçılar layihədən gözləntilərini açıqlayıb.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026