“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Meliorasiya və Su təsərrüfatı ASC-nin tərəfdaşlığı və "Azərsun Holdinq"in dəstəyi ilə “Smart Suvarma” layihəsinə start verilir.
“Smart Suvarma” layihəsinin məqsədi meliorasiya sisteminin effektiv təşkili, su ehtiyyatlarından səmərəli istifadə və müasir suvarma sistemlərinin tətbiqinin təşviq edilməsidir.
Layihə çərçivəsində Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri ilə birgə Kürdəmir, Qazax, Füzuli, Beyləqan, Tərtər, Samux və Ağdaş rayonlarına səfərlər təşkil olunacaq və fermerlərlə görüşlər keçiriləcək.
Görüşlərdə fermerlərə müasir dövrdə sudan səmərəli istifadənin təşkili, iqlim dəyişikliyinin kənd təsərrüfatı üçün su ehtiyatlarına təsiri və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün əsas su idarəetmə metodları ilə bağlı təlimlər keçiriləcək.
Növbəti mərhələdə fermerlər üçün meliorasiya və su təsərrüfatı üzrə məlumat bazası formalaşdırılacaq və məlumatlandırıcı bukletlər hazırlanaraq qeyd olunan regionlarda fermerlər və vətandaşlara paylanılacaq.
Ağstafada Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
16 Oktyabr 2026
“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb
16 Oktyabr 2026
Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar
16 Oktyabr 2026
ADA Universitetində Ümumdünya Ərzaq Günününə həsr olunmuş tədbir keçirilib
16 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyi “Fermerin Rəqəmsal Dostu” layihəsinə start verir
16 Oktyabr 2026