“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə “Aqrar İnnovatorlar” layihəsinin icrasına başlanılıb. Könüllülər layihə boyu 200-dən çox gənc arasından seçilmiş 30 iştirakçı ilə seminarlar və respublikanın qabaqcıl şirkətkətlərinə səfərlər təşkil edəcəklər.
“Aqrar İnnovatorlar” layihəsinin məqsədi innovasiyanın aqrar sahədə tətbiqi, nanotexnologiyanın Azərbaycanda inkişaf perspektivləri, kənd təsərrüfatında elmi yanaşmanın gətirdiyi imkanlardan düzgün istifadənin təşviqinə dəstəkdir.
Tədbiri giriş sözü ilə açan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə gənclər sektorunda könüllülərin fəaliyyəti, onların cəmiyyətə verdiyi faydalardan bəhs edib. Bildirib ki, qısa zaman ərzində aqrar könüllülər bu istiqamətdə ciddi fəaliyyətə başlayıb. Qeyd edilib ki, “Aqrar İnnovatorlar” layihəsinin son texnoloji trendlərin istifadəsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Daha sonra çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini İlham Süleymanov kənd təsərrüfatında müasir yanaşmaların tətbiqi prosesində gənclərin fəal iştirak etdiyini, onların aqrar sahəyə yönəlməsində “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının mühüm rol oynadığını vurğulayıb. O, layihənin icrasında iştirakçılara uğurlar arzulayıb.
Aqrar Elm və İnnovasiyalar Mərkəzinin Aqrar innovasiya siyasətinin təşkili şöbəsinin müdiri Anar Cəfərov və “İnnoland İnkubasiya və Akselerasiya Mərkəzi”nin Startaplarla İş üzrə bölmə rəhbəri Tengiz Ağakişiyev innovatorluğun, rəqəmsal alətlərin inkişafının bütün sahələrə müsbət təsir etdiyini, gənclərin texnoloji nailiyyətlərdən maksimum istifadə etmələrini tövsiyə ediblər.
Sonda iştirakçılara layihənin fəaliyyət proqramı, təlim mövzuları və səfər ediləcək məkanlar haqqında geniş məlumat verilib.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026