Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatı tərəfindən Azərbaycanda həyata keçirilən “Aqrar məsləhət xidmətinin gücləndirilməsi” layihəsinə cəlb edilən milli məsləhətçilər Gəncə-Qazax, Quba-Xaçmaz iqtisadi rayonlarında və Lənkəranda sorğular keçirib, aqrar məsləhət xidmətinin mövcud vəziyyətini qiymətləndirib.
Layihə çərçivəsində aqrar məsləhət xidmətləri sahəsində qabaqcıl Avropa ölkələrinin təcrübəsi öyrənilib. Həyata keçirilən fəaliyyətlər və onların təhlili, eləcə də maraqlı tərəflərin fikirlərinin öyrənilməsi Azərbaycanda Aqrar Məsləhətlər Xidmətləri sistemini dərindən öyrənməyə imkan verib. Digər ölkələrin təcrübəsindən əldə edilən müsbət elementlər yerli sistemə inteqrasiya edilməklə Azərbaycan reallığına uyğun və fermerlərin tələbatına cavab verən aqrar məsləhət xidmət modelinin ilkin strukturu hazırlanıb.
İnformasiya məsləhət xidməti haqqında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış qanun layihəsinə FAO-nun ekspertləri tərəfindən baxılıb və müvafiq təkliflər verilib. Aqrar məsləhət xidmətinə dair strategiyanın hazırlanması istiqamətində müzakirələr aparılıb, maraqlı tərəflərin fikirləri öyrənilib.
Hədəf bölgələrdə kənd təsərrüfatı istehsalının xəritələşməsi işini tamamlamaq üçün çoxsaylı müzakirələr aparılıb, təkliflər verilib və hədəf bölgələrdə prioritet sahələr müəyyən edilib. Hazırda layihə fəaliyyətlərinin icrası iş planına uyğun olaraq həyata keçirilməkdədir.
Xatırladaq ki, “Aqrar məsləhət xidmətinin gücləndirilməsi” layihəsinin icrasına 2019-cu ilin noyabr ayında start verilib. Layihənin məqsədi kənd təsərrüfatı sektorunda mövcud və gözlənilən çətinliklərin həllinə cavab verəcək dayanıqlı aqrar məsləhət xidməti sistemi üzrə strategiya və effektiv əməkdaşlıq mexanizminin yaradılmasında hökumətin səylərinə dəstək verməkdir.
Nazir Məcnun Məmmədov Macarıstanın kənd təsərrüfatı naziri ilə görüşüb
24 May 2023
Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir – Fermerlərə məsləhət
24 May 2023
Xarici mütəxəssislərin iştirakı ilə toxumluq sahələrin monitorinqi keçirilib
23 May 2023
Azərbaycanda buğda bitkisində pas xəstəliklərinə qarşı mübarizə mövzusunda konfrans keçirilib
19 May 2023
“Caspian Agro” çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar davam edir
18 May 2023