Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə ölkə üzrə aqrar sahədə peşəkar təlimçilərin formalaşdırılması layihəsi davam edir.
Təlimdən əvvəl iştirakçılara layihə barədə məlumat verilib. Qeyd olunub ki, layihənin məqsədi Kənd Təsərrüfatı Nazirliyinin təlimçi və təlim bazasını möhkəmləndirmək, aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış mütəxəssislər hazırlamaq, Nazirliyin və fermerlərin gələcək təlim ehtiyaclarını daxili imkanlar hesabına təmin etməkdir.
Cari ilin avqust ayından başlayan layihənin son təlimləri Azərbaycan Dövlət Aqrar Universitetində keçirilir. Belə ki, Aqrar Xidmətlər Agentliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin mütəxəssislərinə təlimçilər üçün təlim proqramı tədris olunur.
Təlimlər yekunlaşdıqdan sonra hazırlanmış təlimçilər öz ilkin təlimlərini hazırlayacaq. Bu təlimlər peşəkar təlimçilər tərəfindən qiymətləndiriləcək.
Layihə çərçivəsində həmçinin, yeni təlim qiymətləndirmə və dəyərləndirmə mexanizmi və təlimçilər üçün yaddaş kitabçası hazırlanacaq. Gələn həftə layihənin yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, bu ilin avqust ayının 1-dən Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Təhsil və təlim şöbəsinin təşkilatçılığı ilə ölkə üzrə aqrar sahədə peşəkar təlimçilərin formalaşdırılması layihəsinə start verilib. Layihə çərçivəsində aqrar sahənin əsas istiqamətləri üzrə 120 peşəkar təlimçinin hazırlanması nəzərdə tutulur.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026