Aqrar sahədə peşəkar təlimçilərin hazırlanması məqsədilə təlimçiliyə namizədlərlə görüşlər keçirilib və təlimlərə başlanıb. 23-27 sentyabr tarixinlərində Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının 12 əməkdaşına təlimçilər üçün təlim proqramı tədris olunub. Bu həftə seçim turundan uğurla keçmiş növbəti qrup mütəxəssislər təlimdə iştirak edirlər və proses növbəti həftələrdə də davam etdiriləcək.
Təlim və təhsil şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, layihənin məqsədi Kənd Təsərrüfatı Nazirliyinin təlimçi və təlim bazasını möhkəmləndirmək, aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış mütəxəssislər hazırlamaq, nazirliyin və fermerlərin gələcək təlim ehtiyaclarını daxili imkanlar hesabına təmin etməkdir.
Bununla yanaşı, layihə çərçivəsində Nazirliyin agroinfo.az təlim portalının imkanlarının genişləndirilməsi, onlayn təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Layihə çərçivəsində həmçinin, yeni təlim qiymətləndirmə və dəyərləndirmə mexanizmi və təlimçilər üçün yaddaş kitabçası hazırlanacaq.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi ilə “MS Professional Trainings and Career Center” MMC şirkəti arasında bağlanmış müqavilə əsasında bu ilin avqust ayının 1-dən Nazirliyin Mərkəzi Aparatının Təhsil və təlim şöbəsinin təşkilatçılığı ilə ölkə üzrə aqrar sahədə peşəkar təlimçilərin formalaşdırılması layihəsinə start verilib. Layihə çərçivəsində aqrar sahənin əsas istiqamətləri üzrə 120 peşəkar təlimçinin hazırlanması nəzərdə tutulur.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026