Fermerlərin yazlıq əkinlərinə subsidiya almaq üçün etdikləri bəyanlar üzrə monitorinqlərə başlanılıb. Aqrar Kredit və İnkişaf Agentliyindən bildirilib ki, monitorinqlər Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiqlənmiş Subsidiya qaydalarına uyğun olaraq aparılır.
Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə monitorinqlər bir neçə istiqamətdə keçirilir. Elektron bəyannamə məlumatlarının EKTİS-də olan digər məlumatlarla üzləşdirilməsi ilə çarpaz yoxlama, peyk və digər texniki imkanlarla müəyyən edilən görüntülərin elektron bəyannamə məlumatları ilə müqayisəsi və seçmə üsulu ilə əkinlərin aparıldığı ərazilərdə yoxlamalar keçirilməsi ilə yerində müşahidə nəticəsində fermerlərin əkin bəyanlarının doğruluğu qiymətləndiriləcək.
AKİA fermerləri əkin bəyanlarında diqqətli və məsuliyyətli olmağa çağırıb. “Payızlıq əkinlərində biz bir çox qeyri-düzgün məlumatları fermerlərin təcrübəsizliyi ilə əlaqələndirib güzəştə getdik və məlumatları dəqiqləşdirməklə yeniləmək üçün onlara fürsət verdik. Yaz əkinlərində fermerlərdən daha məsuliyyətli yanaşmağı gözləyirik və düzgün olmayan məlumatlara görə qaydalarda nəzərdə tutulmuş tədbirləri görəcəyimizi istisna etmirik. Nəzərə alınmalıdır ki, bəyanlar nə qədər məsuliyyətli doldurularsa, subsidiya ödəmələri bir o qədər tez veriləcək” – AKİA sədri Mirzə Əliyev bildirib.
Qeyd edək ki, Subsidiya qaydalarına əsasən, bəyan edilmiş əkin sahəsinə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 5 faizdən çox olmadıqda əkin subsidiyası monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir. Fərq 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılır. Fərq 20–50 faiz olduqda, cari il ərzində həmin fermerə subsidiya ödənilmir. Bəyan edilmiş məlumatla real məlumat arasında fərq 50 faizdən çox olduqda isə cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir.
“Qusar Aqropark” qeydiyyata alınıb, rezidentinə qeydiyyat şəhadətnaməsi təqdim edilib
16 Sentyabr 2026
Azərbaycan Dövlət Aqrar Universitetində 15 Sentyabr – Bilik Günü qeyd olunub
15 Sentyabr 2026
Ağcabədidə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
15 Sentyabr 2026
Ağcabədidə Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib
15 Sentyabr 2026
Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir
15 Sentyabr 2026